İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) İrana aid bir pilotsuz uçuş aparatını (PUA) vurduğunu deyən ABŞ-ın prezidenti Donald Trampın iddiasına dair yazılı bəyanat yayıb.
SEPAH tərəfindən verilən yazılı bəyanatda belə qeyd olunub: “Hörmüz boğazında İrana aid bir PUA vurduqlarını deyən amerikalıların iddialarının yalan, əsassız və boş olduğunu sübut etmək üçün yaxın müddətdə vurulduğu iddia edilən PUA-nın çəkdiyi USS Bokser amfibiya hücum gəmisinin fotolarını paylaşacağıq”.
İran Baş Qərargah Rəhbərliyinin sözçüsü general-mayor Əbülfəzl Şəkarçi də Donald Trampın iddiasını təkzib etmişdi: “Trampın iddia etdiyi PUA daxil olmaqla bütün PUA-larımız Hörmüz boğazı ilə Fars körfəzindəki vəzifələrini başa çatdırdıqdan sonra sapsağlam bazalarına geri qayıdıb”.