İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün (Cümə, 20 Sentyarb 2019) Qəzzadakı Böyük qayıdış aksiyaları vaxtı İsrail rejimi tərəfindən açılan atəş nəticəsində 74 fələstinli yaralanıb.
Maide.Az xarici KIV-ə istinadla xəbər verir ki, “Livanda olan fələstinli qaçqınlarla həmrəylik” şüarı adı altında keçirilən aksiyada Qəzza əhalisi yenə izdihamla iştirak edib.
İşğalçı İsrail rejimi hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü”ndə indiyədək 300-dən çox fələstinli sinonist rejim hərbiçilərinin gülləsi ilə şəhid olub, 2000-ə yaxın fələstinli isə yaralanıb.