İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Qızılorda əyalətində xanımlar arasında "Allahın gözəl adları" (Əsmaul-Hüsna) müsabiqəsi keçirilib.
Bu müsabiqə Qazaxıstanın Müsəlmanların Mənəvi İşlər İdarəsinin təşəbbüsü ilə Qızılorda şəhərinin Sultan məscidində təşkil edilib.
Müsabiqənin keçirilməsi mərasimində Qızılorda əyalətinin Qadınlar Birliyinin rəisi xanım Ləzzət Sadıqova, Sultan məscidinin imamı Qayırbek Atızbəyov və məscidin digər işçiləri iştirak ediblər.
Sultan məscidinin imamı Qayırbek Atızbəyov mərasimdə çıxış edib. O, çıxışında Əhli-Sünnənin hədis alimi Buxarinin hədis kitabından bir hədisə işarə edərək deyib: "Allahın 99 adı var, hər kəs onları zikr edərsə, Cənnətə daxil olar".
Müsabiqənin ilk üç yerinin qaliblərinə qiymətli hədiyyələr verilib.