Həzrət Əmirəlmöminin İmam Əlinin (ə) hərəminin idarə heyəti bu məsələ ilə bağlı bəyaniyyə yayıb. Bəyaniyyədə Əhli-Beyt (ə) aşiqlərindən üzrə istəyərək bildirib: Cari ildə (1441 hq / 2020) IX Qədir-Xum festivalı koronavirus pandemiyasının qarşısının alınması hədəfi ilə keçirilməyəcək.
Bəyaniyyədə vurğulanır: Dünyanın bütün ölkələrini və İraqı bürümüş koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün sanitariya qaydlarına riayət etmək, insanların birbaşa təmasda olmasına səbəb olan toplantıların qarşısını almaq və həmçinin təqlid mərcələrinin sanitariya barədə göstərişlərinə əməl etmək və möminlərin sağlamlığını qorumaq üçün müqəddəs hərəmin idarə heyəti Qədir-Xum bayramı festivalı keçirilməməsinə qərar verib.
Bəyaniyyənin sonunda deyilir: Allah-Taaladan bu bayram xatirinə hamıya sağlamlıq və afiyət verməsini və bu bəlanın dünyadan götürülməsini arzu edirik.
Qeyd edək ki, ötən gün Kərbəla əyalətinin qubernatoru da Məhərrəm ayının 13-dək Kərbəla şəhərinə zəvvar girişini qadağan edib. /3914297