IQNA

Dəməşq şəhərində "beynəlxalq Bəqi günü" sərgisi keçirilib

23:46 - May 31, 2020
Xəbər sayı: 3487318
Tehran (IQNA) -  Şəvval ayının səkkizi və Bəqi qəbiristanlığının dağıdılması münasibəti ilə Suriyanın Dəməşq şəhərində yerləşən Həzrət Zeynəb (s) hərəmində "beynəlxalq Bəqi günü" sərgisi keçirilib.

Sərgi Ali Məqamlı Rəhbərin Suriyadakı nümayəndəliyi tərəfindən Şəvval ayının 8-də Mədinə şəhərinin Bəqi qəbiristanlığında dəfn edilən məsum imamların (ə) hərəmlərinin dağıdılmasının ildönümü münasibəti ilə təşkil edilib.

Sərgidə Bəqi qəbiristanlığının Ali-Səud dövləti və vəhabilərin əli ilə dağıdılmasına aid 20 foto nümayiş edilib. Fotolarda Bəqidə dəfn edilən imamların hərəmləri və Bəqinin tarixçəsi təsvir edilib.   

3902124

kod
 
captcha