Məhəmməd Əhməd Bəsyuni 1951-ci ilin Noyabr ayında Misrin əl-Ğərbiyyə vilayətinin Tənta şəhərinin Siberbay qəsəbəsində Quran müəllimi ailəsində anadan olub.
O, Misrin əl-Əzhər İslam Mərkəzində təhsil alıb. 1976-cı ildə bu mərkəzdə təhsilini başa vurduqdan sonra ölkənin Quran televiziya kananllarında və radiosunda tilavə etməyə başlayıb. Hazırda isə əl-Əhmədi məscidinin qarisidir.
Məhəmməd Əhməd Bəsyuni 1369-cu hicri-şəmsi ilində digər tanınmış qari Şəhat Ənvər ilə birlikdə İran İslam Respublikasına səfər edib.
Həmin səfərdə İranda Qurani-Kərimin İsra surəsinin 105-ci ayəsini tilavət edib.
«وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا»